Ana Səhifə       Bizimlə Əlaqə       English version

Bizimlə əlaqə

Tel.: (+99450) 634 36 21
Faks:  (+99412) 502 72 96
E:mail: info@green-car.az, ecolifengo@yahoo.com
Ünvan: Bakı ş., Badamdar 2-ci yaşayış mas. ev 99

Maraqlı məlumatlar

Ziyarətçilər



free counters

 

Ana Səhifə

Avtomobil tullantıları haqqında

Nəqliyyat sektoru bu gün iqtisadiyyatın və hər birimizin həyatının əsasını təşkil edir. Heç bir iqtisadi sahə nəqliyyatsız  inkişaf  edə bilməz. Mütəxəssislərin araşdırmasına görə nəqliyyat sektorundan ətraf mühitin çirklənməsində avtomobillər 85%, dəniz və çay nəqliyyatı 5.3%, hava nəqliyyatı 3.7 %, dəmir yolu 3.5 % və kənd təsərrüfatı maşınları cəmi 2.5% iştirak  edir.

Bundan başqa avtomobillərin yaratdığı səs-küy və vibrasiya insan səhhətinə olduqca pis təsir göstərir və nəticədə bəzi məlumatlara görə iri şəhərlərin əhalisinin  49.5  % - ində müxtəlif əsəb xəstəliklərinin yaranmasına gətirib çıxarır.

     Hazırda avtomobil nəqliyyatından ətraf mühitə atılan tullantılar 674 min. ton olmaqla ümumən Bakı şəhərində çirklənmənin 70%-ni əhatə edir (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı-2009-cu il) və beləliklə də stasionar mənbələrdən atılan tullantıları (300 min ton) xeyli üstələyir. 



 

 
© 2011. “Sağlam Həyata Doğru“ Ekoloji İctimai Birliyi. Dizayn Studio @rtt.az